Bakıda dəhşət intihar cəhd-Video
Xırdalanda bir nəfər intihara cəhd edir.
XALQ.AZ xəbər verir ki, şəxsiyyəti hələlik müəyyən olunmayan kişi özünü yerüstü keçidin üstündən atmaq istəyir.
Əldə etdiyimiz ilkin məlumata görə, həmin şəxs ailədaxili problemlərə görə bu əmələ əl atıb. Belə ki, iddiaya əsasən, o, bir müddət əvvəl həyat yoldaşından ayrılıb və bu səbəbdən azyaşlı övladını görə bilmir .
Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Şəxsi fikrindən daşındırmaq istiqamətində profilaktik tədbirlər görülür.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər.
FHN-in xilasediciləri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırlıb.










