Nərimanov rayonunda bir nəfər küçədə güllələnib.

Bu barədə DİN-in Mətbuat Xidmətindən   məlumat verilib.

İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Hadisə “Metro Park”ın yaxınlığında baş verib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***


media-728x90banner

Bənzər xəbərlər