Bakıda qadın maşının üzərinə uzandı
Paytaxtın mərkəzində qəribə hadisə baş verib.
Nəsimi rayonu ərazisində – Azadlıq prospektinin Məmməd Araz küçəsi ilə kəsişməsinin yaxınlığında piyada qadın hərəkətdə olan “BYD” markalı avtomobilin üzərinə uzanıb.
Nəqliyyatın intensiv hərəkət etdiyi vaxt piyadanın törətdiyi əməl narazılığa səbəb olub və sıxlıq yaranıb.
Onun hansı səbəbdən maşının üzərində uzanaraq hərəkətə maneə törətdiyi məlum deyil.
Əldə etdiyimiz məlumata görə, görüntülərlə bağlı polis tərəfindən araşdırma aparılır.
Görüntüləri təqdim edirik:










