Bakıda Şimali Kipr-Azərbaycan dostluq qrupunun üzvləri görüş keçirib
Deputatlar Cavanşir Feyziyev, və Jalə Əliyeva Filiz Besin və Ahmet Savaş ilə görüşüb.
XALQ.AZ məlumat verir ki, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti Parlamentlərarası Əlaqələr üzrə İşçi qrupunun rəhbəri Cavanşır Feyziyev və millət vəkili Jalə Əliyeva TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin Səhiyyə Komitəsi sədrlərinin Bakıda keçirilən toplantısı çərçivəsində ölkəmizdə qonaq olan Şimali Kipr Türk Respublikası Cumhuriyəti Məclisinin Şimali Kipr – Azərbaycan dostluq qrupunun üzvləri, ŞKTR keçmiş səhiyyə naziri Filiz Besin və Ahmet Savaş ilə görüşüb.
Səmimi dostluq və qardaşlıq ortamında keçən görüşdə ikitərəfli münasibətlər, türk birliyi, ortaq türk əlifbası, Kipr türklərinin müstəqillik mübarizəsi, iki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin inkişafı perspektivləri, Azərbaycanın böyük Zəfəri, ölkəmizin sürətli inkişafı və s.ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Şimali Kipr Türk Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri xanım Ufuk Turqaner iştirak edirdi.












