media-711

Bakıda yol hərəkəti qaydasını pozan sürücü təhlükəli vəziyyət yaradıb.

Avtosfer.az xəbər verir ki, hadisə aprelin 22-də, paytaxtın İzzəddin Həsənoğlu küçəsində qeydə alınıb.

Belə ki, 10-HT-666 qeydiyyat nişanlı “Land Rover” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. Bu zaman görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq ona təhlükə yaradıb. Sürücü Heydər Əliyev prospekti ilə kəsişməyə qədər əks yolla hərəkət edib, sonra isə avtomobillərin qarşısından sağa dönərək yoluna davam edib.

 

 


media-728x90banner

Bənzər xəbərlər