media-ab

Milli Məclisin deputatları 27 sentyabr – Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edəcəklər.

Deputatlar sentyabrın 27-də saat 10:10-da Hərbi Qənimətlər Parkında toplaşacaqlar. Onlara abidə önünə qoyulmaq üçün güllər təqdim ediləcək.

Ziyarət Vətən müharibəsinin başlanmasının altıncı ildönümü səbəbi ilə olacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları 44 günlük Vətən müharibəsinə çevrilib.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü təsis edilib. Bu gün ölkənin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi yad olunur.


media-728x90banner

Bənzər xəbərlər