Bakının Nəsimi rayonu ərazində qanunsuz obyekt tikildiyi bildirilir.

 

XALQ.AZ-ın məlumatına görə, sözügedən obyekt rayonun Asif Məhərrəmov küçəsində inşa olunub.

 

Bildirilir ki, qeyri-yaşayış sahəsi yaşayış binasına bitişik tikildiyindən təhlükəsizlik normaları pozulub. Qeyd olunub ki, obyekt səkini də zəbt edib.

Vurğulanıb ki, bu, Nəsimi rayonu ərazisində ilk deyil, belə obyektlərin sayı çoxdur.

COP29 ərəfəsində abadlıq-quruculuq işləri adı ilə bir sıra rayonlarda bu cür pozuntulara yol verilir. Elə buna görə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov keçirdiyi iclaslarda obyektlərin səliqəsiz tikildiyinə görə rayon icra başçılarına xəbərdarlıq edir. Görünən odur lo, nəticə çıxarılmır.

Məsələ ilə bağlı  sentyabrın 24-də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Nəsimi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb, amma heç bir mövqe bildirilməyib.

Qeyd: Sentyabrın 23-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun vəzifədən azad edilməsinin səbəbi VII çağırış Milli Məclisdə təmsil olunmasıdır. Hazırda rayona icra başçısının birinci müavini Gülarə Verdiyeva rəhbərlik edir. Pravda.az


media-728x90banner

Bənzər xəbərlər