“Baku Electronics”dən aldığı məhsul 2 gün işlədi – Foto
“Baku Electronics”dən alınan məhsul cəmi 2 gün işləyəndən sonra xarab olub.
Bu barədə sosial şəbəkədə Gülnarə Osmanlı məlumat paylaşıb. O bildirib ki, məhsulu dəyişmək və ya geri qaytarmaq istəsə də, “Baku Electronics” mağazası heç biri ilə razılaşmayıb:
“Şikayətim “Baku Electronics”dəndir. Ayın 9-u 40 manata, guya orijinal qulaqcıq almışam. Ayın 11-i qulaqcıq qəflətən dayandı və bir daha işləmədi. İndi nə dəyişdirirlər, nə qaytarırlar.
Neçə gündür get-gələ salıblar. Servis mərkəzinə də göndərdilər məni, bu qulaqcıqlardan ötrü, durub servisə getmişəm. Oradan da mənə deyirlər ki, zəmanət kağızı yoxdu, biz baxmırıq.
Mən anlamıram, onda satıcı məni niyə Servisə göndərir?
Bilmir ki, zəmanət kağızı verməyib? Və məni günahlandırırlar ki, mən tələb etməli imişəm.
Bu məsələni burada qoymayacağam. Antiinhisara şikayət edəcəm, defekt malı kiməsə sırıyıb sonra arxasında durmamaq nədir öyrənəcəksiniz”.
Şikayətlə bağlı “Baku Electronics”lə əlaqı yaratmaöa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfi dinləməyə hazırıq.
tribuna.az











