Xəbər verdiyimi kimi  H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu ərazisində yerləşən “Candy kids” baxçasında ölüb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Hadisə barədə məlum olub ki, uşaq qida qəbul edərkən yemək parçası onun nəfəs borusunda qalıb. Nəticədə, azyaşlı nəfəs ala bilməyib və həyatını itirib.

Qeyd edək ki, faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub. Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.

 

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin.

XALQ.AZ kollektivi ailə üzvlərinə başsağlığı verir. Allah səbr versin.


media-728x90banner

Bənzər xəbərlər