Bayden Cennifer Lopezi və Ledi Qaqanı seçdi
Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər.
XALQ.A xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
“Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər”, – deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.