Bəhruz Məhərrəmov bu dairədən namizəd oldu
Bəhruz Məhərrəmov 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
XALQ.AZ xəbər verir ki, Bəhruz Məhərrəmov 69 saylı Biləsuvar seçki dairəsindən namizədliyini irəli sürüb.
Qeyd edək ki, Bəhruz Məhərrəmov altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Hüquq üzrə fəlsəfə doktoru, dosentdir. 1 monqorafiya, 3 kitab, 7 tədris proqramı və 30-dan çox elmi məqalənin müəllifidir.Bakı Dövlət Universiteti Hüquq fakültəsinin müəllimi və dosentidir.










