media-sus

Biləsuvar rayonunun Əhmədağa Muğanlı küçəsinin sakinləri içməli su problemi ilə üz-üzə qalıblar. Sakinlər illərdir hökm sürən problemin həlli üçün aidiyyəti qurumdan kömək gözləyirlər.

“Suyumuz yoxdur, quru səhrada “su” deyib imdad edirik. Məcburiyyətdən bataqlıqdan su götürüb içirik”, − sakinlərdən biri söyləyib.

Problemlə bağlı Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, sözügedən ərazi rayonun yeni salınmış yaşayış sahəsidir və rayonda su-kanalizasiya sistemi qurularkən bu ərazidə yaşayış mövcud olmadığından layihəyə daxil edilməyib.

Qurumun açıqlamasına görə, sonradan vətəndaşların müraciəti əsasında Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən “Azərsu” ASC-yə müraciət olunub. İcazə alındıqdan sonra sakinlərin öz vəsaitləri hesabına müvəqqəti içməli su xətti çəkilib. Lakin bu xətt layihədənkənar olduğundan sayğacların quraşdırılması mümkün olmayıb. Qurumdan o da bildirilib ki, hazırda problemin tam şəkildə həlli üçün müvafiq qurumlar tərəfindən əlavə işlər aparılır.

Ətraflı Baku TV-nin süjetində:

 


media-728x90banner

Bənzər xəbərlər