Binəqədi rayonunda bu tikintidən heç bir qurumun məlumatı yoxdur? -Videofakt
Xəbər verdiyimiz kimi Binəqədi rayonunda qanunsuz tikinti işlri aparılır.
XALQ məlumat verir ki, Binəqədi rayonu Səttar Bəhlulzadə küç. 207 ünvanında qanunsuz tikinti işləri aparılır
Bu tikinti ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında hər hansı bir məlumata rast gəlmədik.
Ümumiyyətlə Binəqədi rayonun ərazisində qanunsuz obyektlərin və qanunsuz evlərin tikintisinə necə razılıq verildiyi məlum deyil.
Məsələ ilə bağlı dəfələrlə Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaqda bu tikinti ilə bağlı münasibət bildirilmədi.
Həmçinin Dövlət Şəhərsalma və Arxektura Komitəsidə belə tikintidən məlumatsız olduqlarını bildirdilər.
Araşdırmalarımız davam edir. Qurumların mövqeyini dərc etməyə hazırıq.
Həmin görüntüləri oxuculara təqdim edirik:










