“Birlik” reabilitasiya mərkəzində öl*m hadisəsi
Bakıdakı reabilitasiya mərkəzlərindən birində ölüm hadisəsi baş verib.
XALQ xəbər verir ki, hadisə dünən saat 02 radələrində Şüvəlandakı “Birlik” reabilitasiya mərkəzində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü paytaxt sakini A. Şəfiyev müalicə aldığı mərkəzdə naməlum səbəbdən vəfat edib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki Birlik reabilitasiya mərkəzinin rəhbəri Xalid Əliyevdir.











