Bu ay 10 gün iş olmayacaq
Azərbaycanda iyun ayında vətəndaşları əlavə istirahət günləri gözləyir.
XALQ xəbər verir ki, Nazirlər Kabinetinin qərarları və əmək qanunvericiliyinə uyğun olaraq iyunda ümumilikdə 10 qeyri-iş günü olacaq.
Rəsmi bayramlarla yanaşı, ay ərzində şənbə və bazar günləri də istirahət günləri olacaq. Beləliklə, iyunun 6, 7, 13, 14, 20, 21, 27 və 28-i qeyri-iş günləri kimi qeyd ediləcək.
Nəticədə iyun ayında qeyri-iş günlərinin ümumi sayı 10-a çatacaq.
Bundan əlavə, bayram günlərinin həftəsonu ilə ard-arda düşməsi səbəbindən vətəndaşlar üçün iki dəfə ardıcıl üç günlük istirahət imkanı yaranacaq. Belə ki, 13, 14 və 15 iyun tarixləri, eləcə də 26, 27 və 28 iyun tarixləri ardıcıl qeyri-iş günləri olacaq.
Beləliklə, iyun ayında həm dövlət bayramları, həm də həftəsonları nəzərə alınmaqla vətəndaşlar ümumilikdə 10 gün istirahət edəcəklər.(Trend.az)










