Bu gün Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

 XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

İclasda gündəliyə daxil olan məsələdə  Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev  Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, sənəddə təklif olunan dəyişikliklərin “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinə uyğunlaşdırma məqsədi daşıdığını söyləyib.

Bu qanun layihəsi ilə bağlı İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov rəhbərlik etdiyi komitənin rəyini açıqlayıb.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov fikirlərini açıqlayaraq müzakirələr zamanı konstruktiv fikir mübadiləsinin aparıldığını, yeni layihənin diplomatik fəaliyyətin yüksək səviyyədə təşkili sahəsində əhəmiyyətini qeyd edib,  təqdim edilən hər iki sənəd barədə bu komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.

Sonra  hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

 

Həmçinin  İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Tibbi sığorta haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Təhsil haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “İcbari sığortalar haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumatı təqdim edib.

Bildirilib ki, layihədə adı çəkilən qanunlarda əmək və əhalinin sosial müdafiəsi, miqrasiya, səhiyyə, təhsil, yol hərəkətinin təşkili, iqtisadiyyat sahələrinə aid müvafiq sənədlərdə göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə bilməsi və onların EHİS üzərindən təqdim edilməsinin həmin sənədlərin təqdim edilməsinə bərabər tutulması imkanı ilə bağlı müddəalar təklif olunur.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov sənəd barədə bu komitələrin müsbət rəylərini təqdim etdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.


media-728x90banner

Bənzər xəbərlər