76 saylı Lənkəran-Masallı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Cavanşir Paşazadə Viravul kəndində şəhid Xəlilov Yusif Məmmədrza oğlunun məzarını ziyarət edib.
Cavanşir Paşazadə çıxışında şəhidimizin keçdiyi döyüş yolundan danışaraq, onun ərazi bütövlüyümüzün bərpası uğrunda göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edib.
Daha sonra şəhidimizin ruhuna dualar oxunub, məzarının üzərinə çiçəklər düzülüb.

media-728x90banner

Bənzər xəbərlər