Cavanşir Feyziyev növbəti dəfə seçicilərlə görüşdü-Fotolar
1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində 115 saylı seçki dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyev seçicilərlə növbəti görüşünü keçirib.
XALQ.AZ məlumat verir ki, Şəki rayonunun Kiçik Dəhnə kəndində keçirilən görüşdə iştirak edən kənd sakinləri ötən çağırış müddətində deputatın fəaliyyətini yüksək qiymətləndirərək bildiriblərki qarşıdan gələn parlament seçkilərində də Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklər.















