2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 76 saylı Lənkəran-Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Cavanşir Paşazadə avqustun 11-də Vilvan kəndində seçiciləri ilə növbəti görüşünü keçirib. O, ilk olaraq çiyələk bağında fermerlərlə, daha sonra isə kəndin mərkəzində yerləşən çay evində ağsaqqallar və ziyalılarla görüşüb.
Görüşdə çıxış edən Hacı Hüseynbala Rəcəbov, Səxail Əzimov, Xeybər Nəsirov və Əbütalib Kərimov hər zaman YAP-ın namizədini dəstəklədiklərini bildiriblər.
Sonda deputatlığa namizəd Cavanşir Paşazadə ona göstərilən etimada və yüksək hörmətə görə onlara minnətdarlığını bildirib.
Daha sonra Cavanşir Paşazadə Şağlaser kəndində şəhidlərin məzarını ziyarət edib.

media-728x90banner

Bənzər xəbərlər