Gənclər bu gün yeni və vacib bir mərhələyə qədəm qoyublar. Gənclərə tövsiyəmiz odur ki, ixtisas seçimini düzgün etsinlər və diqqətli olsunlar. Bəzi gənclər görürük ki, yalnız diplom almaq üçün universiteti seçirlər. Diplom şərtdir amma əsas məsələ deyil. Gənclər müasir dövrə uyğun ixtisasları seçməlidirlər, seçdikləri ixtisasda özlərini görməlidirlər”. 

Bu fikirləri  açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib. O qeyd edib ki, valideynlər də övladlarını düzgün istiqamətləndirməyə çalışmalıdırlar:

“Bəzən valideynlər gerçəkləşdirə bilmədikləri arzularınının övladlarının timsalında gerçəkləşməsini istəyirlər. Məcburiyyət gənclər üçün ciddi problemlər yaradır gələcəkdə. Düşünürəm ki, əmək bazarının tələbinə uyğun ixtisaslara üstünlük verilməlidir. Bir vaxtlar Azərbaycanda hamı hüquqşünas, polis olmaq istəyirdi. İndi isə yaxşı olar ki, gənclər texniki sahələrə üstünlük versinlər, kompüter elmləri, informasiya təhlükəsizliyi, mühəndisliyin müxtəlif sahələri var ki, gələcəkdə iş imkanları daha çoxdur. Universitet biliyi hazırkı dövrdə yetərli deyil, gənclər əlavə biliklər əldə etməli, dil biliklərini, bacarıqlarını inkişaf etdirməli, öz üzərilərində işləməlidirlər. Universitet lazım olan biliklərin yalnız 50 faizi qazandırır. Həyatda uğur qazanmaq üçün çalışmaq, səbirli olmaq, davamlı işləmək lazımdır”.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başlayıb. İxtisas seçimi bütün ixtisas qrupları üzrə 2024‑cü il avqustun 19-dək davam edəcək.


media-728x90banner

Bənzər xəbərlər