Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
Artıq seçkidə iştirak edənlərin namizədliyi qeydə alınır.
XALQ.AZ xəbər verir ki, Yeni Azərbaycan Partiyasının  120 saylı Cəbrayıl – Qubadlı  Seçki Dairəsindən olan deputatlığa namizədi  Ceyhun Məmmədov qeydə alınıb.
C. Məmmədov sosail hesabında “Növbəti dəfə parlamentdə Cəbrayıl və Qubadlıları təmsil etmək böyük qürur və şərəfdir. Birlikdə yeni hədəf və məqsədlərə doğru!” deyə qeyd edib.

media-728x90banner

Bənzər xəbərlər