Cinayətlərdə ittiham olununlar Baş Prokurorluğu çağrıldı
Azərbaycan Respublikasının Baş Prokurorluğu Məhəmməd Fazil oğlu Mirzəlini, Qurban Cəlal oğlu Məmmədovu, Elşad Tofiq oğlu Məmmədovu, Qabil Əmrah oğlu Məmmədovu, Tural Əlövsət oğlu Sadıqlını İstintaq İdarəsinə çağırıb.
Bu barədə Baş Prokurorluqdan İTV-yə bildirilib.
Məlumata görə, Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxslər – Məhəmməd Fazil oğlu Mirzəliyə, Qurban Cəlal oğlu Məmmədova, Elşad Tofiq oğlu Məmmədova, Qabil Əmrah oğlu Məmmədova, Tural Əlövsət oğlu Sadıqlıya Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildirişlər göndərilib.
Onlardan aprel ayının 15-21 tarixləri arasında şəxsiyyətlərini təsdiq edən sənədlə birlikdə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlmələri tələb olunur.
Qeyd edək ki, onlar bir sıra cinayətlərdə ittiham olunurlar