media-76

 

“Davinçi Estetik” klinikasında qanunsuz estetik prosedurların həyata keçirilməsi ilə bağlı iddialar gündəmdən düşmür.

Yeni ortaya çıxan məlumatlarda isə daha bir ad diqqət çəkir.

Kosmetoloq yoxsa həkim?

Belə ki, Pərvanə Baxışovanın klinikada kosmetoloq kimi fəaliyyət göstərdiyi bildirilsə də, araşdırma zamanı onun estetik əməliyyat xarakterli prosedurlar, o cümlədən buxaq əməliyyatı icra etməsi ilə bağlı görüntülər var.

Həmçinin Pərvanə Baxışova heç bir icazəsi olmadan liposaksiya əməliyyatı icra etdiyi və əməliyyatın nəticəsi barədə sosial hesablarında paylaşılan görüntüləri yayıb. LAKİN BU GÖRÜNTÜLƏR DAHA SONRA SOSİAL PLATFORMADAN SİLİNİB. 

Ötən yazılarda qeyd olunan məlumatlarda klinikada tibbi təhsili və rəsmi həkim sertifikasiyası olmayan şəxslərin müxtəlif estetik müdaxilələr həyata keçirdiyi iddia olunurdu.

Əvvəlki araşdırmalarda “Dr Afərim” kimi tanınan Afərim Süleymanovanın “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda olmadığı və onun özəl tibbi fəaliyyət üçün lisenziyasının mövcud olmadığı barədə Analitik Ekspertiza Mərkəzinin rəsmi məlumatı yayımlanmışdı.

media-1

Həmçinin Cəmalə Rüstəmovanın “Cəmilə Paşayeva” adı ilə klinikada qeydiyyatçı kimi fəaliyyət göstərdiyi halda, estetik prosedurlar icra etdiyi iddiaları ortaya qoyulmuşdu.

Daha sonra “Dr Elvar” kimi təqdim edilən Elvar Quluzadə ilə bağlı da araşdırmaların aparıldığı bildirilmişdi.

 

Adı hallanan şəxslərin heç biri Azərbaycanda tibbi fəaliyyət göstərmək üçün tələb olunan həkim sertifikasiyasından keçməyib. Bu məsələnin də Analitik Ekspertiza Mərkəzinin rəsmi məlumatlarında öz əksini tapır.

Araşdırmalar zamanı daha bir diqqətçəkən məqam “Davinçi Estetik”in idarə olunması ilə bağlıdır.

media-rafiq

Rəsmi sənədlərdə direktor kimi Rafiq Əliyevin adı keçsə də, klinikanın faktiki rəhbəri  Zohrə Əzizbekova olduğu iddia edilir.

Bildirilir ki, estetik əməliyyatların və prosedurların həyata keçirilməsi birbaşa onun nəzarəti və himayəsi altında təşkil olunur. media-zohre

İddialara əsasən, Zohrə Əzizbekova klinikaya gündəlik gəlməsə də, bütün prosesləri kənardan idarə edir və fəaliyyətə nəzarəti həyata keçirir.

Bundan əlavə, “Davinçi Estetik”in nəzdində fəaliyyət göstərdiyi bildirilən “Davinçi Eşitmə Mərkəzi” ilə bağlı da ciddi iddialar var. Bildirilir ki, burada qanuni lisenziya olmadan, beynəlxalq standartlara cavab verməyən otaqlarda və audimetriya tələblərinə uyğun olmayan şəraitdə pasiyentlərə diaqnoz qoyulur. İddialarda qeyd olunur ki, audioloq və ya lor həkimi olmayan şəxslər tərəfindən vətəndaşlara eşitmə aparatlarının satılması məqsədilə diaqnostika aparılır. Hazırda bu mərkəzdə fəaliyyət göstərdiyi deyilən Samir adlı şəxslə bağlı araşdırmalarımız davam edir və əlavə məlumatlar təqdim edəcəyik.

 

Araşdırma çərçivəsində daha bir diqqətçəkən iddia isə “Ahu Estetik” Klinika ilə bağlıdır. Belə ki, həmin mərkəzin də Zöhrə Əzizbekovaya aid olduğu iddia edilir. Bu istiqamətdə araşdırmaların davam etdiyi qeyd olunur.

media-zohree

 

Həmçinin araşdırmamız nəticəsində Davinci Estetik Mərkəzində həkim olmadan qanunsuz estetik əməliyyat edənlər bir arada olduğu görüntülər əldə olunub.

media-912

( Soldan özünü Dr.Elvir kimi təqdim edən  Elvar Quluzadə ortada Zohra Əzizbekova, sağda oturan Rafiq Quliyev, və  digərləri) 

Qeyd edək ki, bu kimi hallar hüquq-mühafizə orqanları tərəfindən araşdırılması zərurəti yaradır.

Yazıda adı keçən şəxslərin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Araşdırmamız davam edir.

 

 


media-728x90banner

Bənzər xəbərlər