“DELUXE AUTO” qanunsuzluq aşkarlandı
“DELUXE AUTO” Məhdud Məsuliyyətli Cəmiyyətinə maliyyə sanksiyası tətbiq edilib.
XALQ məlumat verir ki, şirkət barəsində operativ vergi nəzarəti çərçivəsində POS-terminalların quraşdırılması və nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi ilə bağlı AKT tərtib edilib.
Yoxlamanın nəticəsinə əsasən, şirkətə 1 000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
MMC-nin qanuni təmsilçisi Şahin Nəsibov Əhməd oğludur. Faktla bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.