Bakı restoranları Operativ Qərargahın qərarını niyə icra etmir?
Türkiyəli məşhur iki pop ulduzu- Demet Akalın və Soner Sarıkabadayı Azərbaycana gələcək.

XALQ.AZ xəbər verir ki, məşhur müğənnilər Bakının fərqli restoranlarında konsert proqramları ilə çıxış edəcəklər. Demet iyunun 26-sı, Soner isə iyulun 3-də səhnəyə çıxacaq.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni tədbirlərin keçirilməsi qadağandır. Buna baxmayaraq təkcə yerli yox, xarici ulduzların da Bakıdakı restoranlarda çıxışı geniş vüsət alıb.