Türkiyədəki SOCAR-ın ofisinə edilən basqın Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərin korlanmasına istiqamətlənmiş addımdır”.

Bunu Milli Məclisin  deputat Cavanşir Paşazadə bildirib.

 

Deputat qeyd edib ki, hər kəsə məlumdur ki, SOCAR-ın İstanbuldakı ofisinə hücum edənlərin dərdi Fələstin deyil:

“Türkiyədəki SOCAR-ın ofisinə edilən basqın əslində eyni ssenari üzrə Azərbaycana edilən növbəti təzyiqdir. Ölkəmizin öz gücünə ərazi bütövlüyümüzü bərpa etməsini qəbul etməyən bəzi qüvvələr bizə qurşaqdan aşağı zərbə vurmaq istədilər. Lakin hər zaman olduğu kimi yenə də özlərini ifşa etdilər. Mayın 31-də Türkiyədəki SOCAR-ın ofisinə hücum edənlər İran tərəfindən dəstəklənən qruplaşmalardır.Təbii ki, bu qruplaşmaların dərdi Fələsinlə bağlı deyil. Onlar sadəcə ölkəmiz əlehinə istifadə olunan”kukla”dırlar. Məqsəd də Azərbaycanı qardaş Türkiyənin gözündən salmaqdır. Çünki yaxşı bilirlər ki, Türkiyə bir çox dövləti qarşına alaraq Fələstinlə bağlı ən ciddi addımlar atan ölkədir”.

Deputat vurğulayıb ki, Türkiyə-Azərbaycan qardaşlığını sarsıtmağa yönəlmiş hər bir oyun iflasa uğrayacaq:

“Çünki qardaş Türkiyə də yaxşı bilir ki, təxribatçıların iddiaları tamamilə yalan və uydurmadan başqa bir şey deyil. SOCAR İsrailə neft satması ilə bağlı çıxan məlumatlar feykdir. Bu gün dünya neft bazarında bütün şirkətlər mallarını treyder şirkətlərə satırlar. Şirkətlər də treyderlərin nefti kimə satdığına nəzarət edə bilmirlər”.

Deputat söyləyib ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz və əbədidir:

“Heç bir qüvvənin iki ölkə arasındakı sarsılmaz bağları zədələməyə gücü çatmayacaq”.


media-728x90banner

Bənzər xəbərlər