Deputat açıqladı-Partiyamız növbəti il seçkilərdə iştirak edəcək
Azərbaycanda gələn ilin yanvarın 29-da növbəti bələdiyyə seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi Təqvim Planına əsasən, artıq namizədlərin irəli sürülməsinə başlanılıb.
XALQ.AZ məlumat verir ki, Milli Cəbhə Partiyasıda (MCP) bələdiyyə seçkilərində iştirak edəcək.
Millət vəkili Razi Nurullayev Milli Cəbhə Partiyası bələdiyyə seçkilərində iştirak edəcəyini bildirib:
“Rəhbərlik etdiyim partiya seçkilərdə iştirak edəcək. Ümumiyyətlə, biz boykot tərəfdarı olmamışıq. Seçki komissiyası yaratmışıq, hazırda fəaliyyət göstərirlər. MCP-nin iclası çağırılıb, şöbələr dəvət olunub. Bu gün məsul şəxslərə seçkilərlə bağlı vacib təlimatlar veriləcək deyə deputat bildirib.