Deputat avtoqəza törətdi-Yaralı olsada xəstəxanaya getmədi….- Fotolar
Leninqrad vilayətinin deputatının maşını ilə təcili yardım maşını arasında baş verib.
XALQ.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, qəza anının videosunu “Mash на Мойке” telegram kanalı yayımlayıb.
Görüntülərə əsasən, xüsusi işıqları yandırılmış təcili yardım maşını kəsişməyə çıxıb və orada sağ tərəfdən keçən “Volkswagen Touareg” markalı avtomobilə dəyib. Daha sonra mikroavtobus BMW-yə çırpılıb.
Məlumatına görə , qəza günorta saatlarında Sankt-Peterburqun Vosstaniya və Nekrasova küçələrinin kəsişməsində baş verib. “Volkswagen Touareg” Leninqrad vilayəti hökumətinin avtobazasında qeydiyyata alınıb. Maşında Leninqrad vilayətinin qanunvericilik məclisi sədrinin 64 yaşlı müavini Tatyana Tyurina olub. O, yaralanıb, lakin xəstəxanaya yerləşdirilməkdən imtina edib.