Ermənistanın vandalizmi nəticəsində 30 il bir milyondan çox soydaşımız doğma yudrlarından zorla qaçqın vəziyyətində yaşayıblar
Bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
  “Azərbaycan 27 sentyabr 2020-ci il beynəlxalq səviyyədə tanınmış ərazilərini işğaldan azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən İkinci Qarabağ Müharibəsi ölkəmizin tarixi zəfəri ilə başa çatdı və Ermənistan baş naziri məğlubiyyətlərinin rəsmiləşdirilməsi olaraq 10 Noyabr kapituliyasiya aktına imza atmağa məcbur oldu. İşğal dövründə Ermənistan Qarabağda vandalizim törətmiş, infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, ölkəmizin iqtisadiyyatına əhəmiyyətli dərəcədə zərər vurulmuşdur. Bununla yanaşı bir milyondan çox soydaşımız öz doğma yurdlarından zorla qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşlər.
Artıq Azərbaycan dövləti hərbi, siyasi və iqtisadi gücünün təzahürü olaraq ərazi bütövlüyümüzü bərpa edib və işğaldan azad olunmuş ərazilərimiz genişmiqyaslı yenidən qurma işləri fonunda böyük qayıdışa şahidlik edir. Cənab Prezident İlham Əliyevin düzgün və milli maraqlarımıza söykənən siyasət strategiyası nəticəsində Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası sürətlə davam etdirilir”.
Deputat qeyd edib ki, “Böyük Qayıdış” Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunub:
“İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur. Dönüş proqramları çərçivəsində məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün müxtəlif sosial layihələr həyata keçirilir. Bu yeni yaşayış massivlərinin və zəruri sosial obyektlərin tikintisi əhatə edir. Bununla yanaşı bölgə iqtisadiyyatının canlandırılması kontekstində kənd təsərrüfatı, turizm, müxtəlif sənaye sahələrinə investisiyaların təşviq edilməsi istiqamətində hökumətimiz tərəfindən zəruri işlər həyata keçirilir.Tam əminliklə qeyd edə bilərəm ki, işğaldan azad olunmuş bölgələrdə sürətli yenidən qurma işləri nəticəsində insanların gələcəyə olan ümidləri artır, müasir infrastruktur və yaşam şərtlərinin yaxşılaşdırılması onların müsbət gələcəyə olan inamını gücləndir deyə millət vəkili qeyd edib.

media-728x90banner

Bənzər xəbərlər