“Qərb uzun müddətdir Azərbaycana qarşı qərəzli, ikili standartlara əsaslanan mövqe nümayiş etdirir”.

Bunu  Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.

Deputat qeyd edib ki, Avropanın özündə insan haqları, söz azadlığı kimi mövzularda yaşanan neqativ halları görməzdən gələn qüvvələr, Azərbaycanda yaşanan kiçik hadisələri xüsusi olaraq qabardır və siyasi məzmun verərək ölkəmizi ittiham etməyə çalışırlar:

“Növbəti belə bir neqativ hal 4 Dekabr Bakıda keçirilən tədbir zamanı yaşandı. Aİ, ABŞ, İsveçrə və Böyük Britaniyanın səfirləri əsassız iddialarla ölkəmizi hədəf aldılar. Bütün bunlar pərdələnmiş və fərqli məqsədlərə hesablanmış addımlardır. Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu və siyasi proseslərdə fəal iştirakı Qərbdə ciddi narahatlıq yaradır.

Həmişəki kimi Qərb “demokratiya” ” insan hüquqları” kimi institusional məfhumlar üzərindən siyasi manipulyasiya edir. Halbuki Avropanın özündə mitinqlərin zorakılıqla dağıdılması, insan haqlarının pozulması, jurnalistlərin həbsinə dair konkret faktlar olduğu halda siyasi çevrələr nədənsə susqunluq nümayiş etdirirlər.

Bir az keçmişə qayıtsaq Fransa, Belçika və digər Avropa ölkələrində “sarı jiletlilər” adlandırılan aksiyaçılara qarşı polis zorakılığı, kütləvi həbslər hər kəsin yadındadır.
Bu faktlar bir daha onu təsdiq edir ki, Qərb siyasi ritorikası da qeyri-səmimidir və öz ambisiyalarına nail olmaq üçün bütün mexanizmlərdən istifadə edir”.


media-728x90banner

Bənzər xəbərlər