13-15 dekabr tarixlərində Bakıda Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Şotokan Karate-Do növü üzrə IX Dan qara kəmər ustası Hitoşi Kasuyanının rəhbərliyi altında XXXII Ümumrespublika texniki seminar keçirildi.
XALQ.AZ  məlumat verir ki, bu seminar çərçivəsində  millət vəkili Göydəniz Qəhramanov IX Dan qara kəmər ustası Hitoşi Kasuya ilə görüşü keçirilib. Görüşdə deputata Şotokan Karate-Do növü üzrə beynəlxalq I Dan qara kəmər diplomu təqdim edildi.
Millət vəkili Göydəniz Qəhramanov bildirib ki, bu idman növü üzrə 10 ildən artıq təcrübəmin olması həyatımın, əsasən də gənclik illərimin müxtəlif dövrlərində mənə motivasiya və sağlamlıq məsələlərində yetərincə yararlı olub.  Azərbaycan Respublikası Milli Məclisində təmsil olunduğum Gənclər və İdman Komitəsinin üzvü olaraq qeyd etmək istəyirəm ki, cənab Prezident İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə keçirilən beynəlxalq idman tədbirlərinin sayı günü-gündən artır və idmançılarımız beynəlxalq arenalarda yeni nəaliyyətlər qazanır deyə deputat qeyd edib.

media-728x90banner

Bənzər xəbərlər