Deputat kafedə qadını döyərək silahla hədələdi-Video
Rusiyanın Moskva vilayətində deputat kafedə dava salıb və silahla müştərini hədələyib.
XALQ.AZ xəbər verir ki, sentyabrın 20-də baş verən hadisənin görüntüləri yayılıb.
Aleksandr Yasyuçenya adlı deputat kafedə olan qadını stolundan qaldıraraq qovub və bir kişini döyüb, ona silahla hədə-qorxu gəlib.
Məlumata görə, deputat həmin şəxsdən məhkəmədə ona qarşı ifadəsini dəyişməsini tələb edib.
XALQ.AZ