Deputat MDB PA-nın iclasında iştirak edəcək
Milli Məclisin deputatı, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Arzu Nağıyev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərdədir
XALQ.AZ xəbər verir ki, millət vəkili səfər çərçivəsində MDB PA-nın Təhlükəsizlik və yeni çağırışlar və təhdidlərlə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə komissiyasının, həmçinin Müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın iclaslarında iştirak edəcək, müzakirə olunacaq məsələlərə münasibət bildirəcək
Deputat MDB PA-nın iclasında iştirak edəcək
Milli Məclisin deputatı İqbal Məmmədov MDB PA-nın Nəzarət-büdcə komissiyasının iclasında iştirak etmək üçün iyunun 22-də Qırğız Respublikasının Çolpon-Ata şəhərinə səfər edəcək.XALQ.AZ xəbər verir ki, iclasda MDB PA-nın büdcəsinə üzvlük haqlarının köçürülməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinə baxılacaq, assambleyanın gəlir və xərclər smetasında, habelə qurumun fəaliyyətinin bir sıra istiqamətlərinin maliyyə təminatlarında dəqiqləşdirmələrin aparılması müzakirə ediləcək və digər məsələlər nəzərdən keçiriləcək. Səfər iyunun 25-də başa çatacaq.

















