Milli Məclisin deputatı Özbəkistan Respublikasında oktyabrın 27-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün bu ölkənin Daşkənd şəhərinə səfər edəcək.

XALQ.AZ məlumat verir ki, Milli Məclisin deputatı Səbinə Salmanova MDB PA xətti ilə  Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasına seçkilərin hazırlıq səviyyəsi ilə maraqlanacaq, bir sıra seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olaca, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəkdir.

Deputatın səfəri oktyabrın 29-da başa çatacaq.

 


media-728x90banner

Bənzər xəbərlər