Pandemiya şəraitini və karantin rejiminin tətbiqini nəzərə alaraq, seçicilərlə görüşlərimizi elə onların öz məkanlarında, öz küçələri, öz həyətlərində keçirdik.

XALQ.AZ -a bu barədə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib. Millət vəkili seçicilərlə görəşərək onların müraciətlərini qeyd edib və lazımi qurumlara müraciət edib.

Deputat qeyd edib ki,bəziləri üçün bizi anidən qapısının kandarında görmək təəccüblü oldu, lakin, hesab edirəm ki, ümumilikdə görüşlərimiz səmərəli keçdi. Müxtəlif xarakterli müraciətlər oldu, həmçinin, vətəndaşların təklif və tövsiyyələrini dinlədik, dostcasına söhbət etdik. Nəzərinizə çatdırım ki, görüşlərdə səsləndirilən məsələlər ümumiləşdirilməkdədir və həftə ərzində aidiyyatı orqanlarla müzakirələrə başlayacağıq.

XALQ.AZ


media-728x90banner

Bənzər xəbərlər