Deputat seçicilərin probləmlərini həll etdi-Fotolar
Pərvin Kərimzadə növbəti dəfə seçiciləri ilə görüşüb. Xüsusi karantin rejiminin tələbləri və sosial məsafə nəzərə alınmaqla təşkil olunan görüşdə millət vəkili seçicilərin arzu və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.
XALQ.AZ-ın məlumatına görə, vətəndaşların məşğulluq, sosial məsələlərlə bağlı müraciətlərini dinləyən millət vəkili Pərvin Kərimzadə məsələnin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımların atılacağını bildirib.
Görüş zamanı deputata ünvanlanmış müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, bəziləri isə aidiyyatı üzrə müvafiq qurumlara yönləndirilib, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Seçicilər də öz növbələrində dövlətin və dövlət başçısı İlham Əliyevin onlara olan qayğısını hər zaman hiss etdiklərini dilə gətirərək minnətdarlıqlarını bildiriblər.




Deputat seçicilərin problemlərini həll etdi-Fotolar
Milli Məclisin deputatı Fatma Yıldırım Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının inzibati binasında seçicilərlə görüş keçirib. XALQ.AZ xəbər verir ki, qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşən deputat, problemlərini dinləyib, müraciətləri qeydə alıb. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər müvafiq icra orqanlarına yönəldilib. Deputat görüş zamanı qeyd bildirib ki, söz verdiyimiz kimi, sizin problemlərinizlə yaxından maraqlanmağa davam edəcəyik və bunu özümüzə borc bilirik. Qanun çərçivəsində və deputat səlahiyyətlərim daxilində bu problemlərin həllinə nail olmaq üçün var gücümüzlə çalışacağıq.










XALQ.AZ











