Deputat seçicilərlə görüşdü
Milli Məclisinin deputatı Əli Məsimli ilk vətəndaş qəbulu keçirmişdir.
XALQ.AZ məlumat verir ki, Əli Məsimli 2024-cü ilin oktyabr ayının 12-də Qax şəhərində fəaliyyət göstərən Heydər Əliyev mərkəzində ilk vətəndaş qəbulu keçirmişdir. Qəbulda müxtəlif sosial qrupları təmsil edən vətəndaşlar iştirak etmiş, ictimai və fərdi xarakterli problemləri qaldırmışlar. Qaldırılan problemlərin hər birinə münasibət bildirilmiş, onların həllinə dəstək vermək məqsədi ilə aidiyyəti qurumlara operativ müraciət edilmiş və digər məsələlər üzrə də müraciətlər ediləcəkdir.


















