Deputat seçicilərlə görüşdü
Milli Məclisin deputatı İlham Məmmədov 2024-cü ilin noyabr ayı üçün vətəndaş qəbulu cədvəlinə uyğun olaraq növbəti dəfə YAP Yevlax rayon təşkilatının inzibati binasında seçicilərlə görüş keçirib.
XALQ.AZ məlumat verir ki, görüşdə şəhid ailələrinin nümayəndələri də iştirak edib. Deputat onların müraciətlərini dinləyib, dövlətimizin şəhid ailələrinə olan xüsusi diqqət və qayğısından bəhs edib. Müraciətlər qeydiyyata alınıb, müvafiq tədbirlər görülməsi məqsədilə aidiyyəti qurumlarla əlaqə saxlanılıb.
İlham Məmmədov vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib,onların problemləri ilə maraqlanıb.
Vətəndaşların müxtəlif mövzulardakı müraciətləri məsul şəxslərlə araşdırılaraq həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirilib.Həlli vaxt tələb edən bir sıra digər məsələlərin icrası üçün müraciətlər aidiyyəti təşkilatlar tərəfindən nəzarətə götürülüb.
Milli Məclisin deputatı bu gün həmçinin rayonun Yuxarı Qarxun kənd sakini, 1-ci dərəcəli əlil Nəcəfli Əmrah Azər oğlunu yaşadığı ünvanda ziyarət edib, onun səhhəti ilə maraqlanıb, vətəndaşa müvafiq tibbi yardımlar göstərilməsi üçün aidiyyəti qurumla əlaqə saxlayıb.
Ümumilikdə görüşlərdə iştirak edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədr müavini hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

















