Deputat seçicilərlə görüşdü-Fotolar
Milli Məclisin deputatı Könül Nurullayeva qəbul keçirdi.
XALQ.AZ xəbər verir ki, Nizami rayon sakinləri, eləcə də Azərbaycanın müxtəlif ərazilərində yaşayan vətəndaşlar Deputat Qərargahında Könül Nurullayeva ilə görüşüblər.
Millət vəkili həftə ərzində, ümumilikdə, 40 vətəndaşın birbaşa, telefon və sosial şəbəkələr üzərindən ümumi müraciətlərini qeydə alınıb, 21 nəfəri isə canlı şəkildə keçirilən vətəndaş qəbulumuz zamanı dinlədilib.
Qəbul iştirakçılarını ən çox narahat edən problemlər məşğulluq, maddi yardım, sosial təminat və bina infrastrukturların bərpası kimi dəyərləndirilmişdir.
Deputat bildirib ki, müraciətlər qeydiyyata götürülmüş və qısa zamanda müvafiq qurumlara ünvanlandırılacaqdır.



XALQ.AZ










