Deputat şəhid ailələrini ziyarət etdi
Milli Məclisin deputatı Mahir Süleymanlı şəhid ailələrini ziyarət edib.
XALQ.AZ xəbər verir ki, deputat 44 günlük Vətən Müharibəsi zamanı üzərinə qoyulmuş xidməti vəzifələrini yerinə yetirərkən qəhramancasına şəhid olmuş, Şabran rayon Şəhidlər Xiyabanında dəfn edilmiş Ağaquliyev İlkin Saməddin oğlunun məzarını və ailəsini ziyarət edib. Həmçinin şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanıb.
Allah şəhidlərimizə rəhmət eləsin!
















