Deputat şəhid ailəsi ilə görüşdü, seçicilərin problemlərini həll etdi
Milli Məclisin deputatı Mahir Süleymanlı seçiciərlə görüşdü.
XALQ.AZ xəbər verir ki, dekabrın 6-da Xaçmaz rayonunun Çarxı kəndində növbəti vətəndaş qəbulu keçirilib.
Görüş zamanı kənd sakinlərinin su, qaz təchizatı, eləcə də məşğulluq və işsizliklə bağlı problemlərini bildiriblər. Səsləndirilən məsələlərin bir qismini yerindəcə həll edilib, digərlərini isə qeydə alaraq aidiyatı qurumlara göndəriləcək .Həmçinin millət vəkili şəhid Mahir Məmmədovun ailəsini ziyarət edib. Şəhidin anası Timziyə Məmmədova ilə görüş zamanı onun qayğı və ehtiyacları ilə maraqlanıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid ailələrinə göstərdiyi diqqət və qayğını xüsusi vurğulanıb. Şəhidin anası göstərilən bu yüksək diqqətə görə dərin minnətdarlığını ifadə edib.



















