Milli Məclisin deputatı Bəhruz Məhərrəmov şəhid ailəsini ziyarət edib.

Millət vəkili bildirib ki, Vətən müharibəsinin Biləsuvardan olan şəhidi Əlizadə Tahir Qəribəli oğlunun ilk anım günündə onun ailəsin ziyarət edib başsağlığı diləklərimizi çatdırdıq.

Qeyd edim ki, Tahir 21 iyun 1994-cü ildə Biləsuvar şəhərində doğulmuş, 8 noyabr 2020-ci ildə Şuşa döyüşləri zamanı ağır yaralanmış, həkimlərin bütün cəhdlərinə baxmayaraq ötən il bügünkü tarixdə Hospitalda şəhadətə ucalmışdır, Vətən müharibəsində göstərdiyi şücaətə görə müzəffər Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.Allah rəhmət eləsin!Unutmadıq, unutmarıq!


media-728x90banner

Bənzər xəbərlər