Milli Məclisin deputatı Razi Nurullayev şəhid ailəsini ziyarət edib.
XALQ.AZ xəbər verir ki, bu barədə millət vəkili  sosial hesabında paylaşım edib.
Deputat bildirib ki, Şəhid Abduləlimov Miqdadın anası Tünzalə xanım və atası Faiq kişi məni evlərinə qonaq dəvət etmişdilər və bu gün onların Quba rayonu, Mirzəməmməd kəndində evlərində Milli Cəbhə Partiyasının başqanı kimi qonaq oldum. Ailəni çoxdan tanıyıram və tədbirlərdə tez-tez görüşürük. Çox gözəl layiqli bir ailədir.
Tünzalə xanım həm də gözəl bir təşkilatçıdır. O, “Vətən Naminə” Şəhid ailələrinə dəstək ictimai birliyini təsis edib və rəhbərlik edir. Azərbaycanda ən fəal iş görən və özünün təmənnası olmayan şəhid anasıdır.
Tünzalə ana və Faiq ata ilə dörd saat söhbət etdik. O qədər məsələləri, konkret şəhid ailələrinin problemlərini, qazilərin və mühürbə veteranlarının qarşılaşdığı problemləri və həlli yollarını danışdıq.
Bir daha demək istəyirəm ki, şəhid ata və anaları, qazi və müharibə veteranları ilə birbaşa danışmadan, onların həyat şəraitini görmədən, onları yaşadıqları yerlərdə dinləmədən,nə onları başa düşmək olar, nə də problemlərinə əncam çəkmək.
Ümumiyyətlə, hər şey belədir. İnsan özü görmədən, problemi tam dərk edə bilmir. Problemi gərək yaşayasan, özun də içində olasan, yükünü çəkəsən və bir çox çətinlikləri öz timsalında yaşayasan ki, həll də edə biləsən. Ona görə də vəzifəli şəxslər otaqlarda yox, birbaşa vətəndaşın evində onu dinləsin, öz gözləri ilə görsün və o zaman çox şey müsbətə doğru dəyişər.

media-728x90banner

Bənzər xəbərlər