media-45

Milli Məclisin deputatı Mahir Süleymanlı vətəndaşlarla görüş keçirib.

XALQ.AZ xəbər verir ki, millət vəkili Şabran rayonunun Gəndov kəndində seçicilərlə növbəti vətəndaş qəbulu keçirib. Görüş zamanı sakinlər, əsasən sosial problemlər, məşğulluq, kənd yollarının təmiri, su və qaz təchizatı kimi gündəlik həyat üçün mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı müraciətlər ünvanladılar.

Millət vəkili bildirib ki,səlahiyyətlərimiz çərçivəsində həlli mümkün olan məsələlərin bir qismini yerindəcə aradan qaldırdıq. Digər müraciətləri isə aidiyyəti qurumlara yönləndirərək həlli prosesini nəzarətdə saxlayacağımızı vurğuladıq deyə qeyd edib.

Həmçinin millət vəkili Mahir Süleymanlı şəhid, baş gizir Füzuli Salahovun anası Sevda Salahovanı evində ziyarət edib, qayğı və ehtiyacları ilə yaxından maraqlanıb.

media-44 media-45 media-46 media-47 media-48 media-49 media-50 


media-728x90banner

Bənzər xəbərlər