Deputat Suriya hadisələrini şərh etdi
Suriya Prezidenti Bəşər Əsəd devrildi. Artıq Suriyada xaotik vəziyyət yaranıb.
Bunu Milli Məclisin deputatı Razi Nurullayev bildirb.
Deputat qeyd edib ki, Suriyada müxtəlif silahlı qruplar əyalətlərdə,şəhərlərdə liderlik iddiasındadırlar. Müxtəlif tələblərə çıxış edən qiyamçılar arasında ayrıseçkilik yaranıb.Türkiyəyə,ABŞ-a ,İrana və Rusiyaya xidmət edən müxtəlif silahlı birləşmələr və siyasi qruplar arasında olan ayri fikirlik vətəndaşları daha da narahat edir. Bütün bunlar hansı şərtlərlə tənsizmlənəcək?
Millət vəkili qeyd edib ki, bu gün üsyançı qaliblər, sadə suriyalılar və dünyanın bir çox ölkələrində yaşayan vətənlərindən qaçqın düşənlər Bəşər Əsəd hakimiyyətinin devrilməsini bayram kimi qəbul edirlər.
Qeyd etmək lazımdır ki, suriyalılar Liviyada, Misirdə və digər ölkələrdə inqlabın bəhrəsini görməmiş insanların talehiyini yaşaya bilərlər. Deputat bildirib ki, suriyalılar dinc və xoşbəxt günlər yaşamaları haqlarıdır.










