“Bakı yollarında baş verən hadisələr böhran nəticəsidir. Səhər 6-7 də yola çıxsaq da tıxaclar çoxdur”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin hazırda keçirilən iclasında deputat Razi Nurullayev deyib.

“Təklif edirəm ki, noyabr ayı ərzində COP29-a görə işlər onlayn rejimdə olsun. Çünki vəziyyət daha da ağırlaşacaq. Qonaqlar əziyyət çəkəcək.

İkincisi isə metro tikintiləri ilə bağlıdır. Moskvada ildə 4-5 stansiya açılır. Bakıda sıxlığın aradan qaldırlması üçün də metrostansiyalar tikilsin, bunun üçün vəsait ayrsılsın”, – deyə o bildirib.


media-728x90banner

Bənzər xəbərlər