Deputat təkliflə çıxış etdi
Milli Məclisin deputatı Razi Nurullayev Sosial Tədqiqatlar Mərkəzində “Bank mübahisələrinin uğurlu həlli yollar” mövzusunda elmi-praktik konfransda iştirak edib.
Deputatı Razi Nurullayev bildirib ki, bank sektoruna vacib şəxslər orada idi.
Banklar kredit vermək və pul qazanmaq fəlsəfəsi ilə kifayətlənməli deyil. O həm də sahibkara effektli iş qurmaq üçün kömək etməlidir. Banklar qanunla biznes layihələrində iştirak edə bilməz, amma bunun bir yolu tapılmalıdır ki, bank həm də sahibkarın qazanclı olmasına yardımçı ola bilsin. Qısası, biznesin uğursuzluğa düçar olması riskini yalnız girovla aradan qaldırmaq bankın xeyrinədir və bu ən asan yoldur. Bəs sahibkar?
Deputat qeyd edib ki, çünki, sahibkar gözəl biznes plan hazırlatdıra, yazdıra bilər. İdeya da gözəl ola bilər. Amma, sahibkarlıq üçün kredit götürən şəxs ola bilər ki, nəzəriyyəni gözəl bilsə də ölkəmizdə bəzi atgetməz yolları bilmədiyinə, sahibkar kimi bacarıqsız olduğuna görə bir neçə aya böyük məbləği də batırsın. Onun üçün də bankların verilən kreditlərə səmərəlilik baxımından bütün mərhələlər üzrə kömək göstərməsi vacib şərtdir. Hətta, lap pullu xidmət olsun. Buna bənzər dövlət qurumları var və onlar müəyyən işlər görür. Amma, kredit verən özü də narahatlıq keçirsə yaxşı olar. Yoxsa, batırdı, cəhənnəmə ki, girovu bazara çıxarıb dəyər-dəyməzinə satacam. Qiymətləndirməsi də bazar qiymətindən çox aşağı. Yaxşı olmazmı ki, sahibkarın qayğısına qalınsın ki, o ziyan etməsin? deyə millət vəkili vurğulayıb.
R. nurullayev bildirib ki, ikincisi, gözəl biznes ideyaları olan gənclər var. Amma, onlara kredit ayrılsa bəlkə batıracaqlar. Onun üçün də banklar bu tip şəxslər üçün bir hami rolunu oynaya bilər. Gənclərdə baş, bilik, enerji və dinamika, banklarda pul. Bəlkə də qanunvericilik səviyyəsində hansısa dəyişikliklər etmək olar ki, banklar bəzi biznes layihələrində iştirak edə bilsinlər. Gənclərə, startaplara bəzi maliyyə dəstəyi göstərən qurumlar var, amma bu dəryada bir damladlr.











