Deputat vacib təkliflə çıxış etdi
“Azərbaycanda sosial şəbəkələr haqqında qanunun qəbul edilməsinə ehtiyac yarandığını düşünürəm”.
XALQ.AZ məlumat verir ki, bunu deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, sosial şəbəkələr ölkəmizdə cəngəllik qanunları ilə idarə olunur: “İctimai rəy sosial şəbəkələr vasitəsilə manipulyasiya edilməkdədir. Artıq bir neçə inkişaf etmiş ölkə bununla bağlı qanunlar qəbul edib. Biz də bu barədə düşünməliyik”.










