İyulun 20-də  Milli Məclisin deputatları  Şimali Kipr Türk Cümhuriyyətində Kipr Sülh Hərəkatının 50-ci ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak ediblər.
 Milli Məclisin deputatı Fatma Yıldırım bildirib ki, böyük qürurla qeyd etmək istəyirəm ki, tədbirdə iştirak edən Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana dövlətimizin və xalqımızın salamlarını və təbriklərini çatdırdıq.
Qeyd etmək istəyirəm ki, bugün Azərbaycan-Türkiyə- Şimali Kipr arasında münasibətlər özünün ən yüksək zirvəsindədir. Əlaqələrimiz daim yüksələn xətlə inkişaf edir və bu münasibətlər dostluq, qardaşlıq prinsipinə əsaslanır.Yeni yaranmış Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə dostluq qrupuna uğurlar arzulayıram.

media-728x90banner

Bənzər xəbərlər