Milli Məclisin deputatları Zaur Şükürov və Rizvan Nəbiyev Rusiya Federasiyasının Həştərxan şəhərində səfərdədirlər.

Deputatlar burada Ümummilli Lider Heydər Əliyevin anım tədbirlərində iştirak edirlər.

XALQ.AZ  xəbər verir ki, səfər çərçivəsində Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarət edilib.

Nümayəndə heyəti “Əbədi şöhrət alovu” abidəsini ziyarət edib və Ulu Öndər Heydər Əliyevin adını daşıyan Həştərxan şəhər 11 nömrəli orta ümumtəhsil məktəbinin kollektivi ilə görüşüb.

Həştərxan şəhərinin meri ilə görüş keçirilib

Həmçinin Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri və gənclər birliyinin fəalları ilə görüşlər nəzərdə tutulub.

Səfər dekabrın 14-də başa çatacaq.


media-728x90banner

Bənzər xəbərlər